Tahir Salahov 12 ildir doğma bacısı ilə küsülüdür
Məşhurların həyatı ilə bağlı xəbərlər həmişə cəmiyyət üzvləri tərəfindən maraqla qarşılanır.
Düzdür, kiminsə özəl həyatına hətta xırda müdaxilə yolverilməzdir.
Amma məşhurlar da unutmamalıdır ki, onlar cəmiyyət üzvləri, əsasən gənclər üçün ÖRNƏK, NÜMUNƏ rolunu oynamalıdır və yeniyetmələr valideynlərindən çox məşhurlara bənzəməyə çalışır.
Belə məşhurlardan biri də dünyada tanınmış azərbaycanlı rəssam Tahir Salahovdur.
Daxil olan məlumata görə, Tahir Salahov 12 ildir doğma bacısı Zərifə Salahova ilə küsülüdür. Niyəsini biz demək istəmirik, qoy özləri desin...
Məlumat üçün qeyd edək ki, Zərifə xanım uzun müddət sovet-partiya sistemində çalışıb.
1958-1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə öz fəaliyyətinə başlamışdır.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları ŞirkətiMüşahidə Şurasının üzvü təyin edilib.
NUH.az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb