FHN rəy verdi: Nizami rayonunda təpə üzərində tikintiyi hnası məmur icazə verib?
Yağış torpağı yudu, fərdi yaşayış evinin altından axan torpaq yolun yarısını bağladı…
Söhbət paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Elşən Süleymanov küçəsindən gedir, bu ünvanda torpaq qatı ciddi şəkildə sürüşüb və bəzi yaşayış evləri uçma təhlükəsi ilə qarşılaşıb.
Təhlükəli vəziyyətdə olan bu yaşayış evinin sakinləri çəkiliş aparmağımıza icazə vermədilər və bildirdilər ki, evin təməli möhkəmdir, sürüşmə olsa da məhz bu evə heç nə olmayacaq.
Lakin gördüklərimiz onu deməyə əsas verir ki, ərazidəki mövcud vəziyyət sakinlərin həyatı üçün risk təşkil edir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq, Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, qeyd olunan ev inşaat norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli sahədə inşa edilib.
Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub