Polisdən vətəndaşlara çağırış
Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər.
Qeyd olunur ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir. Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.
Risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka məlumat verilməsi tövsiyə olunur.
Unutmayaq ki, kibertəhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq-sayıq olun. Şəxsi məlumatlar açardır, onu başqalarına vermə.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub