“CS Construction” şirkətindən şikayət-Video
Bakı şəhərinin Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpus ərazisində vətəndaşa məxsus torpaq sahəsində tikinti işlərinin aparıldığı iddia olunur.
Şikayətçi Rövşən Salmanov açıqlamasında iddia edib ki, “CS Construction” tikinti şirkəti ona məxsus əraziyə texnika yerləşdirərək işlər görüb.
Şikayətçinin sözlərinə görə, sahəsi 1 hektardan böyük olan torpaq ərazisinin yaxınlığında aparılan tikinti işləri zamanı onun mülkünə ziyan dəyib. O iddia edir ki, əraziyə tullantılar tökülüb, torpaq yararsız vəziyyətə salınıb və sahədən keçən yol ağır texnikanın təsiri nəticəsində dağıdılıb. Tikinti aparan “CS Construction” şirkətinin əməkdaşı isə deyib ki, görülən işlər razılaşma əsasında həyata keçirilib. Onun sözlərinə görə, yol qismən bərpa olunub. Şikayətçi isə bu iddialarla razılaşmayaraq yalnız bir günlük icazə verdiyini və yolun natamam təmir edildiyini vurğulayıb. O, şirkətdən texnikanı ərazidən çıxarmağı tələb edir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir.
Komitədən isə əksinə, sualların yerli icra hakimiyyəti tərəfindən cavablandırılmalı olduğu qeyd edilib. Hazırda tərəflər arasında yaranmış mübahisə açıq qalır. Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma və hüquqi qiymət verilməsini tələb edir.(Xalq.online)
VİDEO LİNKDƏ: https://xalq.online/cs-construction-sirketinden-sikayet-video

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub