3 Milli Qəhrəmanı olan qəsəbə suyun içində qalıb - Neftçalada sakinlər narazılıq edir - VİDEO
Neftçala rayonunda vəziyyət günü-gündən ağırlaşır.
Bizimesr.az bildirir ki, rayonun daha bir qəsəbəsi su içində qalıb. Belə ki, rayonun Həsənabad qəsəbəsi sakinləri hər yağışdan sonra eyni problemlə üz-üzə qalırlar. Küçələr palçığa qərq olub, yollar keçilməz vəziyyətə düşüb, həyətyanı sahələrə su dolub, məktəblilərin gediş-gəlişi çətinləşib.
Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir təkrarlanır, lakin problem həllini tapmır.
Qəsəbə əhalisi bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, yerli bələdiyyə “büdcədə vəsait yoxdur” cavabı ilə kifayətlənir. Halbuki söhbət təkcə rahatlıqdan yox, insanların gündəlik həyatından, məktəbə gedən uşaqlardan, təcili tibbi yardıma ehtiyacı olan xəstələrdən gedir. Bəzi küçələrdə isə ümumiyyətlə hərəkət mümkünsüz olur.
Ən acınacaqlı məqam isə budur ki, Həsənabad qəsəbəsi Qarabağ müharibəsində 3 Milli Qəhrəman verib. Bir kəndin üç Milli Qəhrəman verməsi böyük tarix və qürur deməkdir. Lakin bu gün həmin qəhrəmanların doğulub boya-başa çatdığı küçələrin baxımsız vəziyyətdə olması ciddi suallar doğurur.
Sakinlər hesab edir ki, əgər 3 Milli Qəhrəman vermiş bir qəsəbənin yolları və infrastrukturu bu durumdadırsa, rayonun digər yaşayış məntəqələrinin vəziyyəti daha ağır və baxımsızdır.
Onlar aidiyyəti qurumları məsuliyyətli davranmağa, uzun illərdir yığılıb qalan problemlərə real və davamlı həll yolu tapmağa çağırırlar. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən heç bir cavab verilməyib.(Bizimesr.az )
Qeyd edək ki, Neftçala rayon icra başçısı Mirhəsən Seyidovdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır