Avtomobil Yolları Dövlət Agentliyində böhran: Əməkhaqları verilmir - NARAZILIQ VAR...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çalışan əməkdaşların əməkhaqlarının ödənilməsində gecikmələr yaranıb.
Bakupost.az-a daxil olan məlumata görə, yaranmış vəziyyət qurumda baş verən rəhbərlik dəyişiklikləri və paralel şəkildə aparılan genişmiqyaslı yoxlamalarla əlaqələndirilir.
Bildirilir ki, hazırda Agentlikdə maliyyə sənədlərinin təftişi həyata keçirilir və bu proses əməkhaqlarının vaxtında köçürülməsinə təsir göstərib.
Məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Əməkdaşlar arasında narahatlıq artmaqdadır və vəziyyətin yaxın günlərdə aydınlaşacağı gözlənilir.
Qeyd edək ki, Agentliyin sədri Saleh Məmmədov bu ilin fevralın 6-da vəzifəsindən azad edilib. Onun yerinə Anar Rzayev sədr təyin olunub.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub