“Bolmart” qiymətləri ilə müştəriləri aldadır – Fotofakt
“Bolmart” supermarketlər şəbəkəsində müştəriləri rəf və kassa qiymətində aldadırlar.
Bunu sözügedən marketdən mütəmadi alış-veriş edən müştəri Suad Süleymanlı bildirib. O bildirib ki, dəfələrlə bu barədə eşitsə də, heç vaxt qəbzdəki qiymətlərə diqqət etməyib. Ancaq bu dəfə diqqət edən zaman qiymət fırıldağını görüb: “Supermarketlərdə rəsmən müştərinin cibinə girirlər. Mən də çoxları kimi yoxlamırdım. Necə olursa həmişə kassa qiyməti rəfdən daha baha olur. Mən bu yaxınlarda “Bolmart”dan alış-veriş etdim və maraq üçün qiymətləri yoxlamağa başladım. Elə ananasın üzərinə vurulmuş 18.5 kassada 20.5 olaraq çıxıb. Yəni hər adamdan ən azı 2 manat artıq alanda görün nə qədər pul edir”.
Qeyd edək ki, “Bolmart” marketlər şəbəkəsi “Pro Mart” MMC-yə məxsusdur və şirkətin əsas sahibi hazırda həbsdə olan Adnan Əhmədzadədir. O, eyni zamanda «Rahat Market» və «Port Baku Bazar» şəbəkələrinin də sahibidir. Şirkətin rəsmi qanuni təmsilçisi və rəhbərliyində zaman-zaman dəyişikliklər baş verib. Şirkətin sonuncu rəhbərləri Bəhruz Əhmədov, Ramil Məmmədov olub.(Xalq.online)
Qarşı tərəfi dinləməyə hazırıq.


Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var