Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı başa çatır.
“Qafqazinfo”nun məlumatına görə, həmin müddət irihəcmli cinayət işi üzrə ibtidai istintaq tədbirləri üçün yetərli olmayıb.
Əlavə sübutların toplanılmasının zəruriliyi nəzərə alınaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin qətimkan tədbirinin uzadılması ilə bağlı bu günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.
Qanunvericiliyə görə, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq müddəti maksimum 19 aydır. Bu cinayət işi üzrə 4 aylıq ilkin müddət fevralın 14-ü başa çatır. Yeni təqdimat və vəsatətə Səbail Rayon Məhkəməsində baxılmalıdır.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. Ötən ilin 14 oktyabrında onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Davam edən istintaqla eyni cinayətlə bağlı AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov da həbs edilib.
Hazırda DTX-nin İstintaq Baş İdarəsində ibtidai istintaq hərəkətləri aparılır. Cinayət işləri üzrə çoxsaylı şahidlərin dindirildiyi bildirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır