Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır
İqtisadiyyat Nazirliyində ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə dəyirmi masa təşkil edilib.
Bu barədə Nazirlikdən bildirilib.
Məlumata görə, dəyirmi masada dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan - ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanların yarandığı vurğulanıb. Ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin xarici sərmayədarlar üçün cəlbediciliyi qeyd edilib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun genişləndirilməsi istiqamətində görülən işlər, prioritet strateji təşəbbüslər barədə məlumat verilib. Ölkəmizin əlverişli nəqliyyat-logistika üstünlükləri qeyd edilib, yeni nəqliyyat bağlantıları sayəsində əməkdaşlıq üçün əlavə imkanların açılacağı vurğulanıb. Azərbaycanda sahibkarlar üçün təqdim edilən güzəşt və stimullar, ölkəmizdə rəqəmsallaşma, investisiya axınlarının genişləndirilməsi, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar nəzərə çatdırılıb.
Görüşdə iştirak edən ABŞ şirkətlərinin nümayəndələri ölkəmizdəki əlverişli biznes mühitindən məmnunluqlarını bildirirərək, tərəfdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. Tədbirdə enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə işbirliyinin genişləndirilməsi üçün növbəti addımlar və potensial layihələr nəzərdən keçirilib. ABŞ şirkətlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır