“SOCAR Petroleum”da nə baş verir? – Rövşən Nəcəfə müraciət eedən xanım əməkdaşa cavab / VİDEO
SOCAR-ın strukturuna daxil olan qurumda çalışan əməkdaş Rövşən Nəcəfə müraciət edib.
“SOCAR Petroleum” QSC-nin baş ofisində 6 ildir çalışan İlahə Həsənova SOCAR-ın prezidentinə video müraciət ünvanlayıb. O, müraciətində iş fəaliyyəti dövründə qarşılaşdığı problemlərdən bəhs edib.
İlahə Həsənova iddia edir ki, yeni təyin olunub mühafizə rəisi Rasim Ələkbərov onun barəsində qarayaxma və şər-böhtan xarakterli addımlar atıb, eyni zamanda ona qarşı işini icra etməsinə maneələr yaradıb.
Müraciətdə “SOCAR Petroleum” QSC-nin baş icraçı direktoru Zaur Cəlilov, müavini Teymur Saracov və baş mühəndis Müşviq Abdullayevin adını çəkərək, onlar barəsində ciddi tədbirlər görülməsini xahiş edib.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin və SOCAR-ın rəsmi mövqeyi hələlik açıqlanmayıb.
Videomüraciəti təqdim edirik:
VİDEO LİNKDƏ: https://nocomment.az/socar-petroleum-da-ne-bas-verir-xanim-emekdas-rovsen-necefe-muraciet-etdi-video/
***
“SOCAR PETROLEUM” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza videomüraciət ünvanlayan İlahə Həsənovanın QSC-də 16.01.2020 il tarixdən indiyədək mühafizəçi vəzifəsində çalışdığını təsdiqləyib və məsələni n araşdırıldığını qeyd edib:
“QSC-nin daxili intizam qaydalarına uyğun olaraq, əməkdaşın xidməti fəaliyyətində aşkar edilmiş bir sıra ciddi nöqsanlarla bağlı aidiyyəti şöbə tərəfindən rəsmi araşdırma aparılıb.
İlkin araşdırmalar zamanı əməkdaşın əmək qanunvericiliyinin tələblərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması, o cümlədən işgüzar mühitə xələl gətirən hərəkətlərə yol verməsi barədə faktlar qeydə alınıb.
Müəyyən olunub ki, İ.Həsənova işə qəbul olduğu zamandan etibarən 6 il müddətində gecə növbələrinə çıxmadığı halda, faktiki olaraq yerinə yetirilməyən xidmətə görə əlavə vəsaitlər alıb və bununla da Cəmiyyətin büdcəsinə maddi ziyan vurub.
Videomüraciətdə səsləndirilən psixoloji təzyiq iddialarına gəldikdə isə bildiririk ki, adıçəkilən struktur rəhbəri bu vəzifəni cəmi 8 gündür icra edir, bu da “uzunmüddətli təzyiq” iddialarının əsassız olduğunu göstərir.
Həmçinin əməkdaş tərəfindən rəhbərliyin qəbul müraciətlərinin cavablandırılmaması ilə bağlı iddiaları da həqiqəti əks etdirmir. Belə ki, QSC-nin iş prinsipinə əsasən rəhbərlik və rəhbərlik yanında aparat tərəfindən rəsmi iş saatlarında edilən bütün müraciətlər aidiyyəti üzrə cavablandırılır.
Mühafizəçi kimi vəzifə öhdəliklərini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün Həsənova İlahə barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək”.(nocomment.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır