Ağstafa icra başçısının ailə həyatı ilə bağlı yeni iddialar
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ikinci dəfə boşanması ilə bağlı məlumat yayılıb.
Bizimesr.az bildirir ki, icra başçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışan Alidə Mustafayeva ilə evlidir.
Xatırladaq ki, Alidə Mustafayeva ilə Seymur Orucovun toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub. Bu evlilik Seymur Orucovun ikinci evliliyi olub.
Seymur Orucov daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.
Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yer alan məlumata görə, Seymur Orucov dörd uşaq atasıdır. (Bizimesr.az)
Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır