“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?
Sosial paltformada yayılan məlumata görə AYNA-nın “Azneft”-də quraşdırdığı dayanacağı külək uçurub.
Qurum yeni dayanacaqların quraşdırılması üçün tender elan edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üçün tender elan edib.
Məlumata görə AYNA tenderin qalibi olacaq şirkətə 300 ədəd dayanacaq pavilyonunun quraşdırılmasına görə 3 milyon 654 min 73 manat 57 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əgər tender ehtimal olunan qiymət üzərindən baş tutarsa, bir ədəd dayanacaq pavilyonunun quraşdırılması orta hesabla 12 min 180 manata başa gələcək.Biznews XalqXeber.Az


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır