Lənkəran İH-dən şübhəli TENDER: 300 minlik alış-verişin 120 mini hara yoxa çıxır?
Lənkəran Şəhər İcra Hakimiyyəti 2026-cı il ərzində müxtəlif təyinatlı tikinti materiallarının satın alınması üçün 308 840,22 manat məbləğində tender elan edib.
Tender sənədlərinə əsasən, 7 000 ədəd şifer, 230 ton sement, ümumilikdə 320 m³ taxta materialı, 5 000 ədəd mişar daşı, eləcə də 400 ədəd emulsiya və 400 ədəd binderin alınması nəzərdə tutulur.
Satınalma “bir il ərzində tədarük” adı altında həyata keçiriləcək.
Aparılan bazar araşdırması göstərir ki, əsas tikinti materiallarının dəyəri tenderdə nəzərdə tutulan ümumi məbləğlə müqayisədə xeyli aşağıdır.
Belə ki, sementin bazar qiyməti orta hesabla 120–130 manat/ton olmaqla, 230 ton üçün təxminən 28–30 min manat təşkil edir. Taxta materiallarının 1 m³-i bazarda 300–330 manat civarında satılır ki, 320 m³ üçün bu rəqəm təqribən 95–105 min manat edir. 7 000 ədəd şiferin bazar dəyəri isə orta hesabla 45–50 min manat civarındadır. Mişar daşlarının ümumi qiyməti isə təxminən 2 min manatdan artıq deyil. Bu hesablamalara görə, əsas materialların cəmi bazar dəyəri 170–185 min manat aralığında formalaşır.
№ Material Miqdar Təxmini vahid qiyməti Cəmi
1 Şifer 3mm (təxmini baza) 7 000 ədəd ~6.50 AZN ~45 500 AZN
2 Sement 400m (50 kq-lıq kisə) 230 ton (≈4 600 kisə) ~7.30 AZN ~33 580 AZN
3 Taxta çatı ayağı 150×50 mm (6 m) 120 m³ ~330–340 AZN ~40 200 AZN
4 Taxta dirək 100×50 mm (6 m) 100 m³ ~330–340 AZN ~33 500 AZN
5 Taxta reyka 40×50 mm (6 m) 100 m³ ~330–340 AZN ~33 500 AZN
6 Mişar daşı 0.39×0.19 5 000 ədəd ~0.37 AZN ~1 850 AZN
Beləliklə, tenderin ehtimal olunan qiyməti ilə bazar dəyəri arasında təxminən 120–140 min manatlıq fərq yaranır. Mütəxəssislər hesab edirlər ki, bu fərq əsasən texniki göstəriciləri və keyfiyyət parametrləri açıqlanmayan emulsiya (400 ədəd, 25 kq) və binder (400 ədəd, 4 litr) məhsulları üzərindən formalaşa bilər. Həmin məhsullar üzrə brend, istehsalçı və standartların göstərilməməsi qiymətlərin süni şəkildə artırılması riskini gündəmə gətirir və tenderin şəffaflığı ilə bağlı ictimai suallar yaradır.(yenicag.az)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub