“Uşaqlarımıza görə çox narahatıq” Masazırda 4 nömrəli məktəbdə qalmaqal-Video
Valideynlər iddia edirlər ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə son vaxtlar aparılan təmir-bərpa işlərindən sonra müəssisədə kəskin və narahatedici qoxu yaranıb. Bəzi şəxslər bunun qaz iyi olduğunu düşünürlər. Valideynlərin sözlərinə görə, bu vəziyyət şagirdlərin səhhətinə mənfi təsir göstərir, onların özlərini pis hiss etməsinə səbəb olur. “Uşaqlarımız iki gündür məktəbə getmirlər. Qoxunun mənbəyi barədə bizə dəqiq açıqlama verilmir. Deyirlər ki, qaz qoxusudur, bəziləri isə boya iyi olduğunu bildirir. Çarəsiz qalmışıq, övladlarımızı məktəbə göndərək, ya yox, bilmirik. Zəhərlənmə halları çoxdur, bir çox valideyn bu barədə şikayət edib”, – sakinlərdən biri bildirib. Başqa bir valideyn isə narazılığını belə ifadə edib: “Dərs vaxtı təmir işlərinin aparılması nə dərəcədə doğrudur?! Uşaqlar qoxudan zəhərlənirlər. İy qaz qoxusuna bənzəyir. Direktor qarşımıza çıxmır, özü məktəbdə deyil, amma uşaqlarımızı bu şəraitdə dərsə gəlməyə məcbur edirlər”. Məsələ ilə bağlı Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin sanitar qovşağında yaranmış su sızması səbəbindən təxirəsalınmaz təmir işlərinə başlanılıb: “Kanalizasiya sularının mərtəbələrarası axını sanitar-gigiyenik şəraitə və tədris prosesinə təsir etdiyindən operativ müdaxilə zərurəti yaranıb. Təmir işləri çərçivəsində aparılan betonlama və izolyasiya prosesləri zamanı istifadə olunan texniki materiallardan qısamüddətli qoxu yaranıb və bu hal bəzi valideynlərdə narahatlıq doğurub. Yayılmış qoxu ilə bağlı hər hansı şagirdin səhhətində ciddi problem qeydə alınmayıb. Videogörüntülərdə əks olunan qaz balonu təmir prosesində istifadə olunan texniki vasitədir və təhlükəsizlik qaydalarına uyğun olaraq qapalı məkanda deyil, açıq havada saxlanıb”.(Bakutv)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır