Ağstafa rayonunun icra başçısı qazini təhdid edib -VİDEO
Ağstafa rayonunda yaşayan qazi Ələsgərov Rəsul Habil oğlu Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təhdid və təzyiqlərə məruz qaldığını bildirib.
Qazi bununla bağlı ölkə başçısı Prezident İlham Əliyevə müraciət edərək kömək istəyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə maddi dəstək və işlə təmin olunmaq məqsədilə müraciət etdikdən sonra icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işlə təmin olunmaqdır.
Qazi vurğulayıb ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu günədək işlə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb.
Məsələ ilə bağlı Ağstafa rayonu İcra Hakimiyyətinə dəfələrlə sorğu yollasaq da suallarımız cavabsız qaldı. (Tribuna.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb