İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR
Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.
Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.
Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.
Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.
Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər. (Mənbə:Oxu.Az)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb