Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə sanitar gigiyena xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 608 948,07 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ecomedi” QSC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə, bina 1-də yerləşir. QSC-nin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofqi oğludur.
"Ecomedi” QSC dezinfeksiya və təmizlik xidməti sketorunda ən çox gəlir götürən şirkətlərdən biridir.
Şirkətin rəhbəri Cövdət Mehdixanlı keçmiş məmurdur. O, vaxtilə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin şöbə müdiri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədir Qoşqar Təhməzlinin müşaviri vəzifəsində çalışıb.(Qaynarinfo)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub