Pakistan Hindistan aviasiyası üçün məhdudiyyətləri avqustun 24-dək uzadıb
Pakistan öz hava məkanından Hindistan təyyarələrinin istifadəsinə qoyulan qadağanın müddətini avqustun 24-dək uzadıb.
Bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb.
Pilotlar üçün məlumatlandırma sisteminə (NOTAM) əsasən, məhdudiyyət avqustun 24-ü yerli vaxtla saat 23:59-dək qüvvədə olacaq.
Qadağa Hindistanda qeydiyyata alınmış bütün hava gəmilərinə, həmçinin hərbi aviasiya da daxil olmaqla Hindistan aviaşirkətləri və operatorlarına məxsus olan, onlar tərəfindən istismar edilən və ya icarəyə götürülən təyyarələrə şamil edilir.
Qeyd edək ki, İslamabad 2025-ci ilin may ayında iki ölkə arasında baş vermiş silahlı münaqişənin səbəb olduğu Yeni Dehli ilə münasibətlərin gərginləşməsindən sonra Hindistan təyyarələri üçün hava məkanını bağlayıb. O vaxtdan bəri məhdudiyyətlərin müddəti dəfələrlə uzadılıb. Qadağanın əvvəlki müddəti iyulun 24-də başa çatırdı.
Hava məkanının davamlı olaraq bağlı qalması qərb istiqamətində uçuşlar həyata keçirən Hindistan aviaşirkətlərini daha uzun marşrutlardan istifadə etməyə məcbur edir, bu da yanacaq sərfiyyatını və istismar xərclərini artırır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb