Naxçıvanda sahibkarlar NARAHATDIR... - DƏYİŞƏN NƏ OLDU Kİ?
Naxçıvandakı sahibkarlar üçün “böyük vergi güzəşti” qanunu qüvvəyə minib. Amma bu güzəşt hamı üçün yox, seçilmiş sahibkarlar üçündür.
Yəni, mağaza işlədən, bazarda alver edən, kiçik istehsalla dolanan minlərlə adam əvvəlki kimi vergi də ödəyəcək, gömrük pulu da. Onlar üçün nə azadolma var, nə də real dəstək. Yəni xırda sahibkar yenə öz başının hayına buraxılıb.
Bu qanun idxal zamanı ƏDV və gömrük rüsumlarından tamamilə azadolmaları nəzərdə tutur.
Bəs, güzəştdən kimlər yararlanacaq?
Əsasən iri layihəsi olan, pulu, imkanı yerində olan sahibkarlar. Kiçik-orta biznes isə bu siyahının lap kənarında qalıb.
Üstəlik, bu vergi azadolmaları yalnız sənaye parklarının və sənaye məhəllələrinin “rezidenti” olanlara, bir də investisiya təşviqi sənədi ala bilənlərə aiddir. Sadə dillə desək: hər kəs yox, seçilənlər.
İşin başqa bir əmması da var: güzəştdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyindən xüsusi təsdiqedici sənəd lazımdır. İndi sual yaranır- bu sənədi kimlər ala biləcək? Proses nə qədər şəffaf olacaq?
Bax məsələ budur...
"Gündəlik Naxçıvan"

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı