“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”
“Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımızı dərindən düşünməyə vadar edir. Şəmkir–Şiştəpə kənd yolunda baş vermiş qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, onun yanında olan 5 yaşlı oğlu Adəm isə xəsarət alıb. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir”.
Bu sözləri Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
O bildirib ki, yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır: “Yol hərəkəti qaydaları kağız üzərində formal tələblər deyil. Onlar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq – bunların hər biri bir insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciəvi olur.
Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz.
Sürücülərin bir daha diqqətinə çatdırırıq ki,sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki yol səhvləri bağışlamır, yol ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır