Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun fəaliyyəti son dövrlər ictimai müzakirələrə səbəb olan iddialarla gündəmə gəlib.
Məlumatlara görə, 4 noyabr 2024-cü il tarixində Texnologiya Universitetinə rektor təyin edilən Yaşar Ömərovun rəhbərlik etdiyi dövrlə bağlı bir sıra maliyyə uyğunsuzluqları araşdırılır. Bildirilir ki, hazırda Gəncə Şəhər Prokurorluğunda universitetdə baş verdiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı istintaq aparılır.
Mənbələrin verdiyi məlumata əsasən, araşdırma Maliyyə Nazirliyinin müvafiq məktubu əsasında başlanıb. İbtidai istintaq çərçivəsində universitetin bir sıra müəllim və əməkdaşlarından izahatlar alınıb. 26 sentyabr 2025-ci il tarixində isə tədris işləri üzrə müdir Cəsarət Şabanov, dekanlar və digər məsul şəxslərin istintaqa cəlb edildiyi bildirilir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət idarəçiliyində əsas prinsip xalqa xidmət və şəffaflıqdır. Dövlət başçısı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizənin davamlı olacağını xüsusi olaraq qeyd edib.
Lakin yayılan məlumatlara görə, Texnologiya Universitetində baş verdiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı hələlik ictimaiyyətə açıqlanan konkret hüquqi qərar yoxdur.
Bildirilir ki, Gəncə Şəhər Prokurorluğunda təxminən 1 milyon 500 min manat məbləğində dövlət vəsaiti ilə bağlı cinayət işi mövcuddur.
Bununla belə, dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi və ya məsul şəxslərlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, istintaq zamanı dövlətə dəymiş ziyanın mövcudluğu təsdiqlənsə də, Yaşar Ömərovun barəsində hər hansı cəza tədbiri ilə bağlı məlumat açıqlanmayıb. Onun fəaliyyəti ilə bağlı daha əvvəl - 2022-ci ildə yayıldığı deyilən səs yazıları da zamanında müzakirələrə səbəb olmuşdu.
Müşahidəçilər diqqətə çatdırırlar ki, oxşar hallarda bəzi məmurlarla bağlı qısa müddətdə qərarlar verildiyi halda, bu məsələdə prosesin uzanması suallar doğurur. Məsələn, 30 dekabr 2025-ci ildə vəzifəsindən azad edilən Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovla bağlı faktlar üzə çıxan kimi hüquqi addımlar atılmışdı.
Texnologiya Universiteti ətrafında gedən araşdırmaların hansı nəticə verəcəyi və məsələ ilə bağlı rəsmi mövqenin nə vaxt açıqlanacağı isə hələlik məlum deyil.
Ardı var…
Təhsil Media

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır