Binəqədidə daha bir mənzil obyektə çevrildi - İcazəni Elxan Allahverdiyev verib
Mənzilin obyektə çevrilməsi icazəsini Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin verdiyi bildirilir
Son illər paytaxt rayonlarında hündürmərtəbəli binaların birinci mərtəbəsinin obyektə çevrilməsi artıb.
Qanunverciliyə görə mənzilin obyektə çevrilməsi üçün Dövlət Əmlak Xidmətinin, Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və digər aidiyyatı qurumların rəsmi icazəsi olmalıdır. Ancaq çox vaxt sahibkarlar yerli icra hakimiyyətləri ilə “anlaşaraq” heç bir rəsmi sənəd olmadan mənzili rahat şəkildə obyektə çevirirlər.
AzFakt.com xəbər verir ki, Binəqədi rayon Biləcəri qəsəbəsi Rəşid ismaylov 8 ünvanında 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzil qanunsuz olaraq obyektə çevrilir.Məlumata görə mənzilin pəncərləri bağlanaraq, iki qapı açılıb və ərazidəki ağacların dibləri isə betonlanmaq üzrədi.
Mənzilin obyektə çevrilməsi icazəsini Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin verdiyi bildirilir. Belə ki, obyekt sahibi Elxan Allahverdiyevlə “anlaşdığını” və digər aidiyyatı qurumları Binəqədi icra hakimiyyətinin “həll edəcəyini” deyir.
Qeyd edək ki, Binəqədi rayonunda tikintilərə icra başçısının birnci müavini Hacıbaba Babayev nəzarət edir.
AzFakt.com



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır