“Etibarlı” MTK-da vətəndaşlardan şikayət: 290 saylı məktəbin idman meydançasına giriş bağlandı -Video
Bakıda bünövrə qazıntısı zamanı ətrafdakı binalar silkələyib, yaxınlıqdakı məktəbin stadionu isə zədələnib.
Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi , D yaşayış sahəsinin sakinləri iddia edir ki, “Etibarlı” MTK tərəfindən tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısı 27-ci binanın bütün mənzillərində hiss olunur.
Sakinlər iddia edir ki, yeni inşa olunan binanın bünövrəsi məktəbin stadionuna bitişik olduğundan artıq idman meydançasına da giriş məhdudlaşdırlıb:
290 saylı tam orta məktəbdən bildirildi ki, ara məsafə gözlənilmədən aparılan qazıntı işləri zamanı meydançanın divarları uçma təhlükəsi ilə üz-üzə qalıb. Məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil ocağının rəhbərliyi meydançaya girişi müvəqqəti məhdudlaşdırıb. Bununla bağlı artıq aidiyyəti qurumlara məlumat verilib.
Özünü “Etibarlı” MTK-nın rəsmisi kimi təqdim edən şəxs-Tahir Məmmədov isə tikintinin lazımi qurumlarla razılaşdırldığını dedi.
FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müvafiq qurumlarla razılaşdırılmış layihəyə uyğun yerinə yetirildiyi müəyyən edilib. Qonşuluqda yerləşən məktəbin stadionun istinad divarında hər hansı çatlara rast gəlinməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, aidiyyəti dövlət qurumlarının müvafiq rəyləri əsasında 2 ədəd 9 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə icazə verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub