“Medera Hospital”da tibb təhsili olmayanlar həkimlik edirmiş
Ölkənin tanınmış özəl klinikalarından olan “Medera Hospital” tibb təhsili olmayan şəxsləri işə götürdüyü üçün cərimələnə bilər.
xəbər verir ki, aparılan yoxlama zamanı sözügedən klinikanın İnzibati Xərtalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozduğu məlum olub.
Belə ki, tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Medera Hospital”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 19 yanvar tarxində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.
Xatırladaq ki, sözügedən klinika İXM-nin bu maddəsini dəfələrlə pozub və barəsində cərimə protokolu tərtib edilib. Tribuna.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır