“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb? – Şirkət vətəndaşların borcunu ödəmir
Şirkətin Beyləqan filialından bildirilib ki, rəhbərliklə əlaqə yarada bilmirik…
Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan vətəndaşların pulunu “P-Aqro” MMC şirkəti ödəmir. Belə ki, yığdıqları məhsulu “P-Aqro” MMC -nin Beyləqan filialına təhvil verən sahibkarlar, 3 aydan çoxdur ki, şirkətdən borclarını ala bilmirlər.
Müqavilə şərtlərinə görə məhsulu yığıb təhvil verdikdən sonra, onun pulu 5-10 gün müddətində ödənilməsi nəzərdə tutulsada “P-Aqro” MMC 100 gündən çoxdur ki, vətəndaşlara olan borcunu ödəmək istəmir.
Borcunu ala blməyən sahibkarların bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə “P-Aqro” MMC-nin Beyləqan filialına müraciət etməmizə baxmayaraq, müsbət cavab almayıblar.
“P-Aqro” MMC-nin Beyləqan filialından sahibkarlara bildirilib ki, borcların ödənilməsi üçün şirkət rəhbəri Azər Əlizadə ilə əlaqə yaratmağa çalışsaqda əlaqə qura bilməmişik. Filial yetkililəri Azər Əlizadənin ölkədən getməsi ilə bağlı söz-söhbətlərin yayıldığını bildiriblər.
Qeyd edək ki, “P-Aqro” MMC Azərbaycanda pambıqçılıq sahəsində fəaliyyət göstərən ciddi şirkətlərdən biri kimi tanınır. Şirkətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir.
Məsələ ilə bağlı “P-Aqro” MMC şirkəti ilə əlaqə yarada bilmədik. Şirkətin elektron poçtunda qeyd edilən telefon nömrələri işləmir.
AzFakt.com

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır