Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT

Binəqədi rayonunda növbəti ekoloji cinayət faktı qeydə alınıb.Mediatv.az-a daxil olmuş məlumata və təqdim edilmiş FOTOFAKTA görə Binəqədi rayon Rəşid İsmayılov 8 ünvanında ağacların dibinə beton tökülür, ərazi isə faktiki olaraq qanunsuz tikinti üçün hazırlanır.Adı çəkilən ünvanda yaşayış binasının arxa tərəfindəki ərazi qanunsuz olaraq zəbt olunub,iaşə obyektinin tikintisi üçün hazırlıq işləri görülür. Bu, təkcə şəhərsalma qaydalarının deyil, həm də ekologiya normalarının açıq şəkildə pozulmasıdır.
Mütəxəssislər dəfələrlə vurğulayıb ki, ağacın kök boğazının betonlanması onun qurumasına, nəticədə məhv olmasına gətirib çıxarır. Buna baxmayaraq, Binəqədidə yaşıllıqların göz görə-görə “boğulması” davam edir. Sual yaranır: bu özbaşınalığa kim icazə verib?
Mediatv.az xəbər veri ki,ərazidə hər hansı məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə nişanı yoxdur. Deməli, söhbət açıq-aşkar qanunsuz tikintidən gedir. Belə hallarda aidiyyəti qurumlar — icra hakimiyyəti,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, şəhərsalma və ekoloji nəzarət strukturları dərhal müdaxilə etməli olduğu halda, görünən odur ki, proses ya görməzlikdən gəlinir, ya da kimlərsə tərəfindən himayə olunur.
Şəhərin onsuz da azalan yaşıllıq fonunda hər bir ağacın taleyi həyati əhəmiyyət daşıyır. Bu yanaşma nə qədər davam edəcək? Qanunsuz tikinti aparanlar cəzalandırılacaqmı, yoxsa növbəti dəfə də məsələ ört-basdır ediləcək?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az





XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır