Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb
Aktauda dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü ilə bağlı Azərbaycanın Baş konsulluğu tərəfindən anım mərasimi təşkil olunub.
Əsasən, tədbir qəzanın baş verdiyi ərazidə keçirilib.
Tədbirdə Baş konsulluğumuzun əməkdaşları, o cümlədən Türkiyə, İran, Özbəkistan, Türkmənistan Respublikasının Aktaudakı baş konsulları və diplomatları, Manqistau vilayət Xalq Assambleyasının və Ağsaqqallar Şurasının sədrləri, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Baş konsul Ayxan Süleymanlı öz çıxışında Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunduğunu, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin Azərbaycana gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini qeyd edib.
A.Süleymanlı həmçinin bildirmişdir ki, pilotların qəhrəmanlığı olmasaydı bəlkə də, həlak olanların və yaralananların sayı daha da çox ola bilərdi.
Çıxışının sonunda A.Süleymanlı Rusiya Federasiyasının bu hadisəyə hüquqi qiymət verəcəyinə ümid etdiklərini bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır