30 illik OBYEKT, yoxsa 3 AYLIQ TİKİNTİ?-FOTOFAKT
Bir neçə gün əvvəl Mediatv.az xəbər portalında, Nəsimi rayonunda aparılan qanunsuz tikinti ilə bağlı Nəsimi rayonunda “qanunsuz artırma” sualı: Buna kim izacə verdi?-VİDEO (https://mediatv.az/sosial/130612-nesimi-rayonunda-qanunsuz-artirma-suali-buna-kim-izace-verdi-fotolar.html) sərlövhəli məqalə dərc etmişdik. Həmin yazıda qeyd olunurdu ki, yaşayış binasının arxa hissəsində və ümumi istifadədə olan ərazilərdə heç bir rəsmi icazə olmadan artırmalar aparılıb, obyekt inşa edilib. Eyni zamanda 29 minə yaxın izləyicisi olan BizimXəbər.Tv-nin Fb səhifəsi eyni məzmunlu VİDEO palaşaraq bizim fikrimizi təsdiqləmişdi.Qeyri-qanuni tikinti ilə bağlı paylaşımlardan sonra maraqlı və bir o qədər də düşündürücü mənzərə ortaya çıxıb.Sosial şəbəkədə Samir İsmayılov adlı şəxs iddia edir ki, sözügedən obyekt 30 ildir ona məxsusdur. Lakin icra hakimiyyətindən verilən rəsmi açıqlamada tam fərqli məlumat yer alır: Sözügedən tikili 10.09.2025-ci il tarixli, 04/308 N- li texniki pasport əsasında İsmayılova Mehriban Əlişir qızına məxsusdur.

Ortada açıq ziddiyyət var. Sual isə sadədir: kim yalan danışır və ictimaiyyət kimə inanmalıdır?
Əgər obyekt doğrudan da 30 ildir mövcuddursa, bəs bu illər ərzində onun sənədləri, təyinatı və hüquqi statusu niyə indiyədək gündəmə gətirilməyib? Yox, əgər icra hakimiyyətinin dediyi kimi tikinti cəmi üç aylıqdırsa, onda sosial şəbəkədə “30 illik obyekt” iddiası haradan qaynaqlanır?Samir İsmayılov adlı sosial şəbəkə istifadəçisi məlumatı və hansı məqsədlə dövriyyəyə buraxır? Şəffaflıq olmadığı yerdə şübhə yaranır. Şübhə olan yerdə isə suallar çoxalır. Sual yaranır: paytaxtın mərkəzi rayonlarından birində bu qədər açıq-aşkar atrırma işləri necə aparıla bilib? Bu işlər hansı məmur himayəsi ilə həyata keçirilib? Əgər tikinti qanunsuzdursa, niyə dərhal dayandırılmayıb, qanun qarşısında məsuliyyət tədbirləri görülməyib?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır