“Göyçə Aşıq Sənəti Ənənələri” adlı layihənin icrasını həyata keçirir
Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Göyçə Aşıq Sənəti Ənənələri” adlı layihənin icrasını həyata keçirir.
Layihə çərçivəsində göyçə aşıq sənəti ənənələrini yaşatmaq və təbliğ etmək məqsədilə xüsusi videoçarx hazırlanıb. Videoçarxda bu qədim sənətin mahiyyəti, ənənələri, tarixiliyi və bu gün də davam etdirilməsinin əhəmiyyəti geniş şəkildə əks olunub.
Üç ay müddətində davam edən layihə, milli mədəni irsin qorunmasına, aşıq sənətinin müxtəlif formalarının öyrənilərək yeni nəslə ötürülməsinə xidmət edir.
Layihənin rəhbəri və İctimai Birliyin sədri Etibar Məmmədov layihə haqqında çıxışında qeyd edib:
“Göyçə aşıq sənəti ənənələri bizim milli mədəniyyətimizin vacib və davamlı bir hissəsidir. Biz mütləq şəkildə öz aşıq sənətimizi dərindən öyrənməli, bu qədim irsi enerjiyə davam edən yaradıcılıq gücünə çevirməli və gələcək nəsillərə ötürməliyik.”
Layihə çərçivəsində hazırlanan videoçarxın geniş auditoriyaya təqdim olunması, aşıq sənətinə marağın artırılması və bu ənənələrin yenidən canlandırılması istiqamətində mühüm addımdır.




XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır