Sumqayıtda Zəfər Gününün 5 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Sumqayıtda Zəfər Gününün 5 illiyi münasibətilə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib
Sumqayıt şəhərində 8 Noyabr –Zəfər Gününün 5 illik yubileyi münasibətilə genişmiqyaslı ağacəkmə kampaniyası təşkil olunub.
Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin müxtəlif ərazilərində, o cümlədən Sülh prospekti, Koroğlu və Bakı küçələri, Bakı–Quba şosesi boyunca, həmçinin Bulvar ərazisində ümumilikdə 11 min 800 ədəd ağac əkilib.
Ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri, gənclər, ictimaiyyət fəalları və könüllülər iştirak ediblər. Tədbir iştirakçıları Zəfər Gününün Azərbaycanın tarixi şanlı səhifəsi olduğunu vurğulayaraq, bu cür ekoloji layihələrin gələcək nəsillərə təmiz və yaşıllıqlarla zəngin bir Sumqayıt miras qoymaq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.







Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır