“Binə” Ticarət Mərkəzində elektrikə görə ikiqat ödəniş tələb olunur
“Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər.
Xalq sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən bildirir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbqi etməsidir.
Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər. “Əgər sayğacda 70 manat borc yazılıbsa, həmnin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.
Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Belə ki, baş verənləri çəkib, paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.
Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xalq.online

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır