LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?
LC Waikiki, New Yorker, Terranova və Calliope – bu mağazalar da bağlanacaq?
DeFacto mağaza şəbəkələri Azərbaycanda fəaliyyətini tam dayandırıb. Türkiyənin tanınmış geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filiallarının ölkə bazarından tamamilə çıxdığı bildirilir. Belə halda LC Waikiki, New Yorker, Terranova, Calliope və s. mağazaların da gələcək aqibətiylə bağlı suallar yaranır.
Natiq Cəfərli, DeFacto mağazalar şəbəkəsinin bağlanmasının əsas səbəbini onlayn ticarətə artan maraqla əlaqəli olduğunu bildirib:
“Son illərdə azərbaycanlı istehlakçılar onlayn alış-verişin üstünlüklərini mənimsəyib və aktiv şəkildə Temu, Trendyol kimi platformalardan istifadə edirlər.
Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də artıq müşahidə olunur. Ənənəvi (offlayn) mağazalar yüksək əməliyyat xərcləri – icarə haqları, əməkhaqqı, xidmət və vergi ödənişləri səbəbindən rəqabət qabiliyyətlərini itirir, onların onlayn ticarətlə rəqabət apara bilməməsinə səbəb olur. Nəticədə bu xərclər məhsul qiymətlərinə də təsir edir və alıcılar daha sərfəli və səmərəli variant olan onlayn alış-verişə üstünlük verirlər”.
İqtisadçı, həmçinin onu da əlavə edib ki, gözlənilir ki, yaxın gələcəkdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər brendlər də fəaliyyətlərini əsasən onlayn platformalar üzərindən davam etdirsinlər.
N.Cəfərlinin fikrincə, gələcəkdə ənənəvi mağaza şəbəkələrindən çox, rəqəmsal ticarətin üstünlük təşkil edəcəyi də istisna edilmir.(Modern.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır