Rektoru vəzifədən azad olunaraq Gəncə Dövlət Universitetinin bağlanır
Son günlər Gəncə Dövlət Universitetinin bağlanacağı barədə məlumatlar yayılıb. İddialara görə, universitet müəyyən yoxlamalardan keçmədiyi üçün fəaliyyətini dayandıracaq. Bu xəbər tələbələr və valideynlər arasında narahatlıq yaradıb.
Maraqlıdır, bu məlumat nə dərəcədə doğrudur? Universitetin bağlanması və ya birləşdirilməsi ilə bağlı hər hansı rəsmi qərar varmı?
Məsələ ilə bağlı universitetin mətbuat katibi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Təhsil eksperti Kamran Əsədov isə Publika.az-a açıqlamasında bildirdi ki, sözügedən universitetin akreditasiyadan keçməsi ilə bağlı müəyyən problemi var:
“Azərbaycanda dövlət universitetinin bağlanması təcrübəsi var. Buna misal olaraq Müəllimlər Universitetini göstərə bilərik. Ancaq Gəncə Dövlət Universiteti tarixi universitetdir, kökü var, yaxşı kadr potensialı mövcuddur. Düzdür, zaman-zaman tələbələr arasında şikayətlər olur”.
Ekspert qeyd etdi ki, bölgələrdə universitetlərə ehtiyac var:
“Hazırda Gəncədə üç universitet – Gəncə Texniki Universiteti (GTU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Dövlət Universiteti (GDU) fəaliyyət göstərir. Bundan əlavə, iki kollec də mövcuddur. Amma Gəncə Dövlət Universitetinin bağlanması müzakirə predmetinə çevrilə bilməz. Çünki kifayət qədər tələbə sayı və kadr potensialı var, köklü universitetdir.
Bildiyimə görə, ADA Universiteti də Gəncədə filial açır və gələn il fəaliyyətə başlayacağı gözlənilir. Ola bilər ki, həmin universitet GDU-nun hansısa tədris qolunu və ya korpusunu götürsün. Və yaxud da universitetin hansısa korpusu bağlana bilər. Amma birmənalı şəkildə GDU-nun bağlanması gündəmdə deyil. Əlbəttə, təkmilləşməyə və islahatlara ehtiyac var, amma bağlanmağa yox”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır