“New Med” klinikasında sertifkatsız həkimlər çalışır
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Nərimanov rayonu, Akademik Həsən Əliyev küməsi 29 ünvanında yerləşən “New Med” klinikasında plandankənar (növbədənkənar) yoxlama aparılıb.
Qaynarinfo-nun məlumatına görə, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, özəl tibbi müəssisəsində keçirilən plandankənar yoxlama zamanı həkimlərin sertifikatsız özəl praktik tibbi fəaliyyətli ilə məşğul olması faktı aşkarlanıb.
Məhkəmənin hökmü ilə “New Med” klinikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 min manat cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.(Qaynarinfo)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır