FHN-nin bağladığı “Padişah” restoranın fəaliyyətinə hansı məmur icazə verib?
İkinci mərtəbəsi qanunsuz şəkildə inşa edildiyi üçün fəaliyyəti dayandırılan məşhur “Padişah” restoranı yenidən istifadəyə verilib.
“Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşən restoranın fəaliyyəti bərpa olunub və müştərilərin qəbuluna başlanılıb.
Xatırladaq ki, obyektin uzun müddət bağlı qalmasının səbəbi ikinci mərtəbənin icazəsiz tikintisi idi. Restoranın fəaliyyəti bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmışdı.
Yoxlama zamanı müəyyən olunmuşdu ki, əvvəllər bir mərtəbə kimi fəaliyyət göstərən restoran sonradan dəmir konstruksiya ilə ikinci mərtəbə əlavə edilərək genişləndirilib. Bu zaman FHN-dən müvafiq icazə alınmayıb.
Nazirliyin rəyinə əsasən, aparılan yenidənqurma işləri tikinti norma və qaydalarının tələblərinə uyğun gəlmədiyindən, orada çalışan və xidmət alan şəxslərin həyat və sağlamlığı üçün real təhlükə yarandığı bildirilib.
Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə restoranın sahibi, 57 yaşlı Yusif M., təqsirləndirilən şəxs qismində cəlb edilib. O, əlavə mərtəbənin tikintisinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığını, lakin FHN-dən icazə alınmadığını bildirib.
Məhkəmənin hökmü ilə Yusif M. Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə onun aylıq qazancının 20 faizinin dövlət nəfinə tutulması nəzərdə tutulub.
Maraqlıdır, FHN-in təhlükəli saydığı obyekt bu dəfə hansı əsasla yenidən fəaliyyətə başlayıb? Görünür, restoran sahibi dediyi kimi, bu dəfə də icazəni icra hakimiyyəti xətti ilə almağa müvəffəq olub.(Xalq.online)
![]()



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır