Lisenziyasız “kosmetoloq” Səkinə xanım insan həyatı ilə oynayır – Nərimanovda təhlükəli prosedurlar
Bakunews.az-a daxil olan məlumata görə, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 30 ünvanında, Rəssamlıq Akademiyasının yaxınlığında “Səkinə” adı ilə tanınan qadın kosmetoloq fəaliyyəti ilə məşğuldur.
Aparılan araşdırma nəticəsində məlum olub ki, həmin şəxsin nə Səhiyyə Nazirliyində, nə də Azərbaycan Tibb Universitetində qeydiyyatı mövcuddur. Yəni o, tibbi təhsili və rəsmi lisenziyası olmadan estetik müdaxilələr həyata keçirir.
Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, Səkinə adlı qadın müxtəlif şəxslərin üzlərinə iynə vasitəsilə prosedurlar tətbiq edir. Bu isə tibbi savadı olmayan şəxs tərəfindən insan sağlamlığına birbaşa müdaxilə deməkdir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ixtisassız şəxslərin bu cür tibbi prosedurları yerinə yetirməsi insan sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər və qanunla qadağandır.
Məsələ ilə bağlı “Səkinə” xanımla əlaqə saxladıq. O, iddialara cavab verməkdən yayınaraq, suallarımıza kobud münasibət göstərdi. Tibbi təhsilinin və Səhiyyə Nazirliyindən lisenziyasının olub-olmaması ilə bağlı suala cavab vermək əvəzinə, dəstəyi özünü həyat yoldaşı kimi təqdim edən şəxsə verərək “nə quluqunuz?” ifadəsi ilə kobud reaksiya göstərib.
Jurnalistlərlə ünsiyyətdən yayınan və suallardan qaçan Səkinə xanımın bu davranışı suallar doğurur. Maraqlıdır, bu gün media qarşısında cavab verməkdən çəkinən Səkinə xanım sabah qanun qarşısında da eyni cür davranacaqmı?
Bakunews.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır