Respublika Diaqnostika Mərkəzində 36 min manata əməliyyatda olunan pasiyent ö*dü -Video
Sentyabrın 25-i Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan qadın vəfat edib.
Mərhumun qızı Lamiyə Quliyeva anası Ziyafət Səfiyevanın ölümündə həkimləri günahlandırır.
Onun sözlərinə görə, anasının başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub:
“Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başladılar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə “bilmirəm” dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər”, – deyə Lamiyə Quliyeva bildirib.
Qeyd edək ki, şikayətlə bağlı xəstəxana rəhbərliyi ünvanlanan sualları cavabsız qoyub.(Baku TV)
Ətraflı “Baku TV”nin videomaterialında:

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub