Tikinti şirkətində şok: Direktor payçının 25 faizini əlindən alıb? (VİDEO)
Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Səfərova Sadət Soltanəli qızı media qurumlarına müraciət edərək ciddi iddialar səsləndirib. O, payçı olduğu “Vətən 2022” MMC-dəki 25 faiz payının qanunsuz şəkildə əlindən alındığını deyir.
Sadət Səfərovanın sözlərinə görə, şirkətdəki payı hazırda müəssisənin direktoru və bina tikintisi ilə məşğul olan Xalid Məmmədov tərəfindən mənimsənilib. Onun sözlərinə görə, illərdir tikinti prosesinə maddi və mənəvi dəstək versə də, sonda hüquqları pozulub və şirkətdəki payı saxtakarlıqla əlindən alınıb.
O, yalnız pay məsələsi ilə deyil, həm də digər problemlərlə üzləşdiyini vurğulayıb. O, bununla bağlı video açıqlama da verib. Video müraciətində Səfərova başına gətirilən çətinlikləri geniş şəkildə izah edib, müxtəlif instansiyalara dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də nəticə əldə edə bilmədiyini qeyd edib.
Sadət Səfərova problemin həlli üçün son ümid yeri kimi ölkə başçısına müraciət edib. O, dövlətin və hüquq-mühafizə orqanlarının məsələyə diqqət yetirməsini xahiş edir və özünün, həmçinin digər payçıların hüquqlarının qorunmasını istəyir.
Hazırda şikayətçinin müraciətləri mətbuat və ictimaiyyətin diqqətindədir. Məsələnin hüquqi tərəflərinin necə həll olunacağı və “Vətən 2022” MMC rəhbərliyinin bu iddialara hansı cavabı verəcəyi isə yaxın günlərdə məlum olacaq.(“Azərbaycan Reallığı”)
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.
Daha ətraflı videoreportajda.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub