XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək
11-08-2025, 10:27

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən tarxidə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək.

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.