Qaxdakı “Hilltop Heaven” otelində kriminal aləmi təbliğ edən musiqilər müzakirə yaratdı - Otellə bağlı bilinməyənlər
Qax rayonunda yerləşən “Hilltop Heaven” otelində istirahət edən qonaqlar gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, otelin ərazisində səsləndirilən kriminal aləmi təbliğ edən musiqilər bir sıra müştərilərin narazılığına səbəb olub.
İstirahət məqsədilə gələn qonaqlar belə mahnıların səsləndirilməsini yolverilməz hesab edir və bu cür məkanlarda daha zövqlü və neytral musiqilərin seçilməsinin vacibliyini vurğulayırlar.
İctimaiyyət nümayəndələri də bu cür halların istirahət məkanlarında neqativ təsir yaratdığını və məsul şəxslərin diqqət yetirməli olduğunu bildirir.
*32gun.az-ın əldə etdiyi məlumata görə, “Hilltop Heaven” oteli Qax rayonu, Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 12 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Rövşən Əhmədov Hüseyn oğludur, nizamnamə kapitalı isə 100 manat təşkil edir.(32gun.az)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub