SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahibkarın Vilyam Hacıyev və Cahangir Əsgərovdan ŞOK ŞİKAYƏTi

Sahibkarın Vilyam Hacıyev və Cahangir Əsgərovdan ŞOK ŞİKAYƏTi

Tarix:

2-02-2017, 00:35

/ 1 163 dəfə oxundu.
Sahibkarın Vilyam Hacıyev və Cahangir Əsgərovdan ŞOK ŞİKAYƏTi

xalqxeber.az-ın redaksiyasına daha bir sahibkarın şikayət məktubu daxil olub.

Dövlət başçısına ünvanlanmış müraciətdə məmur özbaşınalığından, sahibkar ailəsinin məruz qaldığı haqsızlıqlardan söhbət açılır.

Həmin məktubun mətnini olduğu kimi təqdim edir:

"İmişli Rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən başına min-bir oyunlar gətirilən "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı Niyazov Niyaz Novruz oğlundan məktub.

İmişli Rayon Icra Hakimiyyətinin başçısı HACIYEV VİLYAM FAXRALI oğlu!

Dövlət başçısına ünvanladığım bu müraciət məktubumun bir nüsxəsini sizə də yollayıram ki, sadəcə olaraq məzmunla tanış olasınız. Bircə bunu anlayın ki, həyatınızın ən böyük günahını edibsınız. Bütün günahlarınız başqa, bu başqa. Günahsız "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı Niyazov Niyaz Novruz oğlunun ailəsinin uzun illərdir ki, ACLIQ İÇİNDƏ yaşamasına siz bais olubsunuz. Belə günah işləyəndə bəşəriyyətin sahibi ALLAH həmin insanı heç bir vaxt bağışlamır. Bir gün gələcək, ALLAH cəzanızı verəndə başınızı iki əlinizin arasına alıb fikirləşə-fikirləşə qalacaqsınız ki, niyə belə oldu. Bax, o zaman bütün bunlar yadınıza düşəcək. Siz vaxtında yoldaşların sifarişini yerinə yetirdiniz və elə düşündünüz ki, bu günahı etməklə həyat sizin olacaqdır. Amma bircə bunu unutdunuz ki, sahibsiz sahibkarları nahaqdan əzmək olmazdı. Nə isə... RƏBBİM bütün günahkarların cəzasını versin, İNŞAALLAH !

İndi isə məktubu oxuya bilərsiniz.

Hörmətli ILHAM ƏLİYEV cənabları, SIZdən rica edirəm ki, "Gül.-Gün." sahibkar müəssisəsinin dövlətdən alınası KOMPENSASİYA pulunun tezliklə SAHİBKAR Niyaz Niyazova verilməsi üçün aidiyyəti rəhbərlərə öz göstərişinizi əsirgəməyəsiniz. Bu məsələni İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional bölməsinin rəis müavini Orxan və işçisi ilk dəfə yoxlayarkən gördülər ki, sənədlərimin hamısı qaydasındadır. Hətta Orxan müəllim özü mənə dedi ki, sizin torpaq haqqında çıxarış və texpasportunuz olmasa da, DÖVLƏT AKTInız var. DÖVLƏT AKTInın olması da torpağın mənim mülkiyyətimdə olmasından xəbər verir. Mən hətta həmin torpağın hər il VERGİsini də ödəmişəm. Həmin illərdə vergi idarəsində çalışan müfəttiş hal-hazırda 12 saylı Regional Vergi idarəsində çalışır. Onun vergi ödəməyimdən xəbəri var. Torpaq vergisi ödəmə qəbzləri də məndədir.

Gəncə-Qazax Regional bölməsinin rəis müavini ORXAN müəllim və işçisi mənimlə ikinci dəfə görüşəndə artıq başqa cür danışdılar. Mənə dedilər ki, sənədlərin tam qaydasında deyil, bu məsələni yalnız MƏHKƏMƏ yolu ilə həll edə bilərsən. Deyirlər ki, həmin torpağa çıxarış və pasport yoxdur. Mənə torpaq verilən illərdə dövlətdəki vəziyyət bütün Azərbaycan xalqına məlumdur. Hansı texpasport və çıxarışdan söhbət gedə bilərdi? Gəncə-Qazax Regional bölməsinin rəis müavini Orxan müəllim və işçi ilk görüşdə demişdilər ki, həmin torpağa DÖVLƏT AKTI verilib. Deməli torpaq sənindir. Bunu onlar desələr də, deməsələr də belədir. Cənab Prezident, dövlət strukturları gördülər ki, mən tam haqlıyam. DÖVLƏT AKTI var deyə torpağı tələb etməyə haqqım var. DÖVLƏT AKTI ilə də Xanlar RİH-ti təcili bir ölçü götürdülər. Gəncə-Qazax Regional bölməsinin RƏİSi ARZU müəllimlə mənə xəbər yolladılar ki, GUYA mənə hələ 1993-cü ildə verilmiş DÖVLƏT AKTI ləğv edilibmiş.

İLHAM ƏLİYEV cənabları, dövlət strukturları belə oyunlar oynadıqları halda hansı SAHİBKAR Azərbaycanda iş görməyə razılaşar ki? Bir də məni maraqlandıran budur ki, bu qədər dövlət strukturları mənə qarşı niyə birləşiblər? Hansı günahın sahibiyəm? Niyə sizdən DƏSTƏK görmürəm. Əgər SİZdən dəstək görmürəmsə, deməli, bütün bunların hamısını sizdən gizlədirlər. Bircə bunu düşünmürlər ki, nə qədər gizlədəcəklər? Mənim bu müraciətlərim hərtərəfli efirə gedəndən sonra bunu digər sahibkarlar da oxuyacaqlar və sonra hər hansı bir iş görməyə qarşı onlarda da neqativ düşüncələr yaranacaqdır. Az sonra həmin sahibkarlar işlərinə davam edəcəklər, yoxsa yox - onu bir olan ALLAH bilir. Olmazmı ki, mənə kömək olunsun və haqq-ədalət öz yerini alsın? Mən də sahibkar müəssisəmi işə salım. Ailəm də ACLIQ İÇİNDƏ yaşamdan qurtulsun. Bundan başqa xeyli işsizlər də işlə təmin olunsunlar. Normal halı mən belə anlayıram.

1.5 ha torpağa DÖVLƏT AKTI verilib deyə Xanlar RİH-nin o zamankı başçısı (hazırda isə İmişli RİH-nin başçısı) Vilyam Hacıyev 1.5 ha ərazini məndən geri götürəndə sərəncam verməzdən əvvəl mənimlə görüşməli və bütün məsələləri mənimlə razılaşdırmalı idi. Əfsuslar olsun ki, işlər tamamilə mən yazdığım kimi, yəni QANUNİ formada həll olunmadı. Xanlar Rayon İcra Hakimiyyətinin o zamankı başçısı HACIYEV VİLYAM FAXRALI oğlu və Azərbaycan Hava Yolları bütün məsələləri zorakılıqla həll etdilər. Həmin anlarda məni insan yerinə belə qoymadılar. Həmin vaxtlarda Əsgərov Cahangir Cəlal oğluna tamamilə yaxın düşmək mümkün deyildi. Gəncə aeroportunun direktoru Nəcəfov Bəylər Yəhya oğluna demişdi ki, Niyazova söylə, bir neçə günə zir-zibilini oradan yığışdırsın, yoxsa BULDOZERLƏ basdırdacağıq.

DÖVLƏT AKTI əsasında mənə verilmiş 1.5 ha torpaq ərazisini geri almağa aid sərəncam verəndə belə mənə həmin sahə qədər torpaq ayrılması barədə sərəncamın ikinci punktunda yazmalı idi. Və bütün bunları mənimlə razılaşdırmalıydı. Ona görə ki, həmin ərazi DÖVLƏT AKTIna əsasən mənim mülkiyyətimdə idi. Bütün bunlar belə yox, qanunsuz olaraq-zorakılıqla həll olundu. Torpağı məndən geri alanda Xanlar RİHB-nın sərəncamının bir kopyasını da mənə təqdim etməliydilər. Təəssüf ki, belə olmadı.

Cənab Prezident, İcra Hakimiyyəti başçısı təyin olunanların çoxu özlərini həmin yerin, əstafurullah, ALLAHı hesab edərək hərəkət edirlər. Qarşılarındakı insanları qarışqa kimi əzirlər. Heç uf da demirlər. Məni o zaman heç kim vecinə almırdı. Nə Xanlar RİH-nin başçısı Hacıyev Vilyam, nə də Azərbaycan Hava Yollarının rəhbərliyi. Mənə 2 gün vaxt verilmişdi ki, CAHANGİR ƏSGƏROV deyir ki, zir-zibilini TƏCİLİ yığışdırsın. Sizə bu barədə şikayət yolladım. Prezident Aparatından müsbət cavab gözlədiyim halda RƏDD CAVABInı AZALın Prezidenti Cahangir Əsgərovdan aldım. Belə olan halda sahibsiz SAHİBKAR Niyazov Niyaz müraciət etməyə başqa ÜNVAN tapa bilməmişdi. Ona görə də hələlik müvəqqəti olaraq gözləmə mövqeyini seçdim. Bu qədər başıma oyunlar gəldiyindən mən sahibkar olaraq indi SİZdən kömək gözlədiyim halda dövlət strukturları kömək etmək niyyətində olmayaraq əksinə mənə düşmən kəsiliblər. Mən anlayırdım ki, sahibkar olaraq heç olmasa indi həqiqətən də sizdən kömək görəcəyəm. Külli miqdarda şəxsi vəsaitimi xərcləmədim ki, dövlət strukturlarının rəhbərləri başıma olmazınları gətirsinlər və dövlət tərəfindən də heç bir dəstək almayım? Belə olmaz axı! Mən həmin pulu elə banka yatırsaydım, ailəm rahat və gözəl yaşaya bilərdi. Bəs siz deyirsiniz ki, sahibkarlar vəsait yatırsınlar və iş görsünlər. Mən də vəsait yatırmışam və iş görməyə başlamışam. Əslində işlərim yarımçıq qaldığından mənə maddi vəsait ayrılmalıydı ki, sona çatdırım. Amma kömək etmək əvəzinə şəxsi pulumu müəyyən bəhanələr gətirməklə batırmaq istəyirlər.

Hörmətli ILHAM ƏLİYEV cənabları, bəs mən sizdən kömək görə bilmirəmsə, onda hara və kimə müraciət edim? Bu suala mənə cavab yazdırsanız, onda bir daha SİZi narahat etmərəm.

Məhkəməyə müraciət etməmək də olar. Sadəcə olaraq SİZin aidiyyəti rəhbərlərə göstərişiniz yetərlidir. Ailəm uzun illərdir ki, "DÖVLƏT MƏMURLARI" nın günahı ucbatından ac-yalavac yaşamağa məruz qalıb. Bu məsələdə günahkar olan "DÖVLƏT MƏMURLARI"nın kimlikləri barədə SİZə dəfələrlə əvvəllər məlumat yollamışdım.
Hal-hazırda ailəm yenə ACLIQ İÇİNDƏDİR! Ona görə belədir ki, hələlik heç nə dəyişməyib və vəziyyəti dəyişmək üçün də heç bir müsbət addım atılmayıb. Hələ üstəlik, bu məsələylə məşğul olan İqtisadiyyat Nazirliyinin işçiləri də məsələnin həllilə bağlı heç bir müsbət addım atmağı belə düşünmürlər. Onların danışdıqları mənə əks mövqedə dayananlara dəstək verməkdən başqa bir şey deyildir. Göygöl(keçmiş Xanlar RİH) rayon Icra Hakimiyyəti gərəksiz yalanlara baş vurdu. Həmin sənədlər barədə 1993-cü il tarixilə guya mənə verilən sərəncam ləğv ediibmiş deyə, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax bölməsinə sənəd yazıb yollamışlar. Bu insanlar belə sənədlərin olması məsələsini indi ortalığa atdılar. Belə sənədlər keçmişdə olmayıb. Onlar düşünürlər ki, belə də qalacaqdır. Bütün bəşəriyyətin SAHİBİ ALLAHdır! Bunu Göygöl RİH-tinin aidiyyəti işçiləri unudurlar. Allah bəlalarını versin. INŞAALLAH!

Cənab prezident!

Yaxşı bilirəm ki, bu məsələdə mən tək deyiləm: göydə ALLAH, yerdə SİZ mənimləsiniz!

Hörmətli ILHAM ƏLİYEV cənabları, dövlətdən KOMPENSASİYA alana kimi ailəmi ACLIQ vəziyyətindən uzaqlaşdırmağın tək bir yolu vardır. AZAL QSC-nin Prezidenti məni yüksəkmaaşlı vəzifəyə keçirə bilər. Bütün vəzifələrin öhdəsindən hal-hazırdakılardan da yüksək səviyyədə gəlməyə hazıram. Buna mənim həm ali savadım çatır, həm də rəhbərlik qabiliyyətim bəs edir. Sadəcə olaraq bu təklifimin həyata keçməsindən ötrü yalnız SİZin Cahangir Əsgərova göstərişiniz gərəkdir.

Cənab Prezident, ümidimiz sizədir. Azərbaycan SAHİBKARı Niyaz Niyazov və ailəsinin Allahdan və sizdən başqa kimi var ki?

İLHAM ƏLİYEV cənabları, xahiş edirəm, elə edin ki, bizim ailə həyatını ACLIQ İÇİNDƏ keçirməsin.

ACLIQ HƏYATIMIZA son vermək üçün bir ÖLÇÜ götürülməsə, onda özümə və həyat yoldaşıma Prezident Aparatının yanında NÖYÜT TÖKÜB yandıracağıma söz verirəm!

Mənim başqa variantım qalmadığından, mənə və ailəmə yaşam buraxılmadığından bu VARİANTı seçmişəm.

Buna tam əmin ola bilərsiniz ki, mənə aid olan məsələlər MÜSBƏT HƏLL OLUNMASA, onda 100 % intihar edəcəyik!

Belə həyata DAHA DÖZƏ bilmirik!

Ümid edirəm ki,sizdən müsbət cavab alacağam.

Hörmətlə : "Gül.-Gün."sahibkar müəssisəsinin SAHİBKARI - Niyazov Niyaz Novruz oğlu".

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ