Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədi rayonunun Hindarx adlanan ərazisində baş verən ekoloji cinayət sosial şəbəkə istifadəçilərinin haqlı narahatlığına səbəb olub. Yayılan videogörüntülərdə aydın görünür ki, çoxsaylı çoxillik ağaclar qanunsuz şəkildə məhv edilir. İddialara görə, bu əməllər AzAqro MMC şirkətinin əməkdaşı olduğu bildirilən Qasımov Azər Qasım oğlu tərəfindən törədilir.
Görüntülərdə meşə zolağının içərisində ekskavatorlar vasitəsilə torpaq qazılaraq ağaclar kəsilir, onların yerində su arxı çəkilir. Halbuki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun tələblərinə görə, meşə fonduna daxil olan ərazilərdə hər hansı təyinat dəyişməsi, kəsim və tikinti işləri yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə, müvafiq mühafizə tədbirləri əsasında həyata keçirilə bilər.
Əldə etdiyimiz ilkin məlumatlara əsasən, ağacların kəsildiyi ərazidə bu cür qanuni razılıq sənədlərinin mövcud olub-olmaması sual altındadır. Əgər bu fakt təsdiqlənərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsi (Meşələrin qanunsuz qırılması) ilə cinayət tərkibli əməl olaraq qiymətləndirilə bilər. Qanunla bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər məsuliyyətə cəlb edilə bilər.
Üstəlik, ağacların məhv edilməsi bölgədəki ekoloji balansın pozulmasına, torpaq eroziyasına və təbii mühitin sıradan çıxmasına gətirib çıxara bilər. Meşə zolaqları torpağın münbitliyinin qorunmasında, iqlimin tənzimlənməsində və kənd təsərrüfatı məhsuldarlığında mühüm rol oynayır.
"DogruXeber.az" olaraq məsələni diqqətdə saxlayır, aidiyyəti qurumları – Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Baş Prokurorluğun Ekoloji Cinayətlər üzrə şöbəsini və Kənd Təsərrüfatı Nazirliyini dərhal araşdırma aparmağa çağırırıq.
Eyni zamanda bildiririk ki, qarşı tərəfin – AzAqro MMC-nin və Qasımov Azər Qasım oğlunun mövqeyini dərc etməyə hazırıq. Onlar bu məsələyə münasibətlərini bildirə bilərlər.
Bu cür hallar təkcə qanunların pozulması deyil, həm də gələcək nəsillərə qarşı törədilən mənəvi cinayətdir. Təbiət bizə miras deyil, əmanətdir – bu əmanətə xəyanət edənlər isə qanun və cəmiyyət qarşısında cavab verməlidirlər.
"DogruXeber.az"

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub