SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qardaşlığın növbəti təzahürü

Qardaşlığın növbəti təzahürü

Tarix:

30-05-2025, 17:04

/ 468 dəfə oxundu.
Qardaşlığın növbəti təzahürü

2025-ci ilin 28 may-Müstəqillik Gününün əlamətdar hadisələrindən biri strateji baxımdan mühim əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq yaşıl lentini kəsdikləri  bu beynəlxalq hava limanı ümumilikdə qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi. 
2025-ci ildə Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin Laçına səfəri və sakinlərlə birlikdə olması, məhz bu torpağın sahiblərinin yenidən tarixə qayıdışını simvolizə edir. Bu görüş, 30 illik ayrılığın sonunda doğma yurda dönən xalqla dövlətin əl-ələ verdiyi birliyi göstərdi.
Prezidentin burada çıxışı həm də Laçının 30 illik işğaldan sonra yenidən qurulması və sakinlərinin doğma torpaqlarına qayıdışı fonunda baş tutdu.Prezident İlham Əliyev, Laçın şəhərində keçirilən tədbirdə  şəhərin sürətli bərpası və sakinlərin geri dönüşü ilə bağlı məlumat verdi. O, qeyd etdi ki, Laçın şəhəri 30 ilə yaxın müddətdə işğal altında qaldıqdan sonra tamamilə yenidən qurulub və artıq sakinlər doğma yurdlarına qayıdıblar. Prezidentin sözlərinə görə, bu, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının bariz nümunəsidir.
Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşərək, onlara yeni evlərinin açarlarını təqdim etmişdir. Bu hadisə Laçının yenidənqurulması və sakinlərin doğma yurdlarına qayıdışının simvolu olmuşdur.
Ali Baş Komandan Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini də vurğuladı. O, bildirdi ki, bu qərar, Laçının və ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Prezidentin sözlərinə görə, Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradacaq.
Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı da xüsusi olaqraq qeyd etdi ki:  “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.” 
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ