Biləcəridə ağacların gizli kəsilməsini Elmin Zamanov rəhbərlik edir?-Video
Xəbər verdiyimiz kimi Biləcəridə yaşıl ağaclar kəsilir.
Biləcəri qəsəbəsinin bir çox ərazilərində rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin ağacları budamaq adı altında gizli şəkildə kəsərək “yoxa” çıxartmaları barədə ölkə mətbuatında bir neçə dəfə məlumatlar dərc edilib.
Ancaq dərc edilən məlumatlardan sonra nədənsə aidiyyatı qurumlar Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin ağac kəsməkməsələsini ört-basdır edilər.
Xalq-a əldə etdiyi məlumata görə iddia olunur ki, Binəqədi rayonunda və onun qəsəbələrində kəsilən ağacların bir hissəsi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin payına düşür.
İddia olunur ki, Elmin Zamanovun rəhbərlik etdiyi Binəqədi MKTB işçilərinin yol qırağında bəzi ağacları kəsmələrinin əsas səbəbi bu məsələdə rayon icra hakimiyyətinin birbaşa maraqlı olması ilə bağlıdır.
Bildirilir ki, icra hakimiyyətinin tapşırığı ilə Binəqədi MKTB rəisi Elmin Zamanov obyekt üçün yararlı əraziləri “kəşf” edərək budamaq adı altında həmin yerdəki ağacları gizli şəkildə yoxa çıxartdırır.
Həmçinin iddia olunur ki, Biləcəri qəsəbəsində meşəlik ərazisində yaşıl ağaclar kəsilərək mebel sexlərinə satılır.
Mənbə qeyd edir ki, Binəqədi rayonunda qanunsuz tikintilərə bir neçə məmur nəzarət edir. Onlardan biri də məhz rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanovdur.
Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanov açıqlamasında bildirib ki, videoda göründüyü kimi xüsusi-geyimdə olan şəxslər bizim əməkdaşlar deyil., bu məsələdən heç bir məlumatımız yoxdur, bizim əməkdaşlar ağac kəsmir. Ağac kəsimi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Lakin görüntülərdə də görünür ki, Biləcəri qəsəbəsi Natavan küçəsində səkidə olan yaşıl agaclar yerindən çıxarılaraq yük avtomobilənə yüklənir və ərazi xüsusi geyimli şəxslər tərəfindən təmizlənir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.(Xalq.az)
Qurumlarında mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 2018-ci ildən isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı isə Elxan Allahverdiyevdir.
XalqXeber.Az



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub