SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ana dili xalqın varlığını təsdiq edən başlıca vasitədir

Ana dili xalqın varlığını təsdiq edən başlıca vasitədir

Tarix:

Bu gün, 09:33

/ 79 dəfə oxundu.
Ana dili xalqın varlığını təsdiq edən başlıca vasitədir

 
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca vasitədir. Dil millətin formalaşmasında, təşəkkül tapmasında vacib olan amillərdən bəlkə də ən birincisidir desəm yanılmaram.
Ulu Öndər Heydər Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi müddətdə Azərbaycan dilinin hərtərəfli inkişafı üçün böyük addımlar atmış,dili qorumaq,ona sahib çıxmaq onun siyasətinin başlıca qayəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev hər bir vətəndaşın öz dilini,öz tarixini bilməsini başlıca vətəndaşlıq borcu hesab etmişdir.
Ümummilli lider Heydər Əliyev ana dili məsələsinə çox böyük diqqət və qayğı ilə yanaşmışdır və tövsiyə edirdi ki,dil məsələlərinə səthi yanaşmaq olmaz. Milli-mənəvi dəyər olan dil daimi xarakter daşıyır, bəşəridir. Dövlətin formalaşmasında dilin rolunun əvəzedilməz olduğunu vurğulayır.Bir dövlətin dünya arenasında tanıdılmasında ən vacib amillərdən biridir dil. Ulu öndər Heydər Əliyev öz hakimiyyəti illərində Azərbaycan dilinin hərtərəfli inkişafı üçün əhəmiyyətli qərarlar qəbul etmiş,fərmanlar imzalamışdır.
1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsdiq olunmuşdur.
Ümumiyyətlə Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatlarının kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdir.
Azərbaycan dilinin inkişafı,onun tətbiq sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması,habelə bu dilin saflığı istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti,onun dilimizin inkişafı üçün göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən hər zaman istifadə olunacaq.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ