“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
Qida Təhlükəsizliyi Agentliyi fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında yoxlama aparıb və ciddi nöqsanlar aşkarlayıb.
Qurumdan daxil olan məlumata görə, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxıb.
Məlum olub ki, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı mətbəxdə havalandırma sisteminin qurulmayıb, qida məhsulları tələb olunan qaydada və temperaturda saxlanılmır, qida ilə təmasda olan işçilər tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışır, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsullar istehlaka təqdim olunub.
Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.
Qeyd edək ki, AQTA tərəfindən daha əvvəl “Sərin”, “Xarı Bülbül”, “Otdıx”, “Vətən” restoranlarında analoji yoxlamalar keçirilib və sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. (Azfakt)







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?