“Carlsberg Azerbaijan” şirkətinə iki ayrı maddə ilə protokol yazıldı
“Xırdalan” və bir çox məşhur pivə istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti ilə bağlı iki ayrı maddə ilə cərimə protokolu imzalanıb.
Pivə istehsalı ilə məşğul olan şirkətdə aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2 və əmək hüquqlari əleyhinə olan 192.1-ci maddələrinin tələbi pozulub.
Tələbi pozulan 192.1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Tələbi pozulan digər maddə, 485.2-yə əsasən isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Pivə istehsalçısı ilə bağlı işlərdən birinə Abşeron rayon Məhkəməsində 14 mart tarixində hakim Firuzə Kərimovanın sədrliyi ilə, digər işə isə Sumqayıt Apellyasiya Məhkəmısində 13 mart tarixində hakim Elman Əhmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir. “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsevdir. Biznesin inkişafı şöbəsinin müdiri isə Yaqub Əlizadədir.(Tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?