Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Azərbaycanda indiyədək vəzifədə işlədiyi müddətdə bir neçə məmura töhmət və ya şiddətli töhmət verilib.
Teleqraf həmin məmurların siyahısını təqdim edir:
Prezident İlham Əliyevin 21 avqust 2017-ci il tarixdə imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib.
Dövlət başçısının 21 aprel 2020-ci il tarixdəki sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət verilib.
Həmçinin Prezidentin 4 mart 2025-ci il tarixli sərəncamına əsasən, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Bundan başqa, Baş nazir Əli Əsədovun 5 oktyabr 2024-cü il tarixli qərarına əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət verilib.
Qeyd edək ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər.
Teleqraf

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?