AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Ağgöl Milli parkının yegeri Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası formalaşdırıb.
AzFakt.com xəbər saytı ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxuculara məlumat vermişdi.
Həmin məlumatda qeyd edilirdi ki, tonlarla balıq brakonyerlik yolu ilə əldə edilərək gizli satışa çıxarılır.
Milli Parkın ərazisində brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər etdiyini qeyd etmişdik. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu bildirmişdik.
AzFakt.com-un əldə etdiyi məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun "ortaqları" məşğul olur. Məhəmməd Gəncəliyevin Ağgöl parkında sərbəst formada brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və onun yüksək vəzifələrdə çalışan himayədarları yaradıb.![]()
Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılovun Ağgöl Milli Parkında verən qanunsuz brakonyerlik fəaliyyətinin qarşısını alacağına ümid edirik.
AzFakt.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?