“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov yaxın günlərdə vəzifədən azad ediləcək.
Əldə etdiyimiz məlumata görə icra başçısının vəzifədən azad edilməsinə səbəb ölkənin digər regionları ilə müqayisədə Naftalan şəhərinin sosial-iqtisadi vəziyyətinin inkişaf etmək əvəzinə, daha da ağırlaşması, bu şəhərdən yuxarı instansiyalara ünvanlanan şikayətlərin ardı-arasının kəsilməməsidir.
Naftalan şəhərinin bugünkü durumu aidiyyatı qurumlarda, ali instansiyalarda müzakirə edilməkdədir. Bu müzakirələrin sonucu olaraq yaxın günlərdə V.Novruzovun postundan alınacağı bildirilir.
Məlumata görə Vüqar Novruzov ötən il Naftalan şəhər Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarını əsaslı təmir etmək üçün keçirdiyi 349 min manatlıq satınalmada baş verən qanunsuzluqlara görə Nazirlər Kabinetinin qəzəbinə tuş gəlmişdi. Sonradan bu tender aidiyyatı orqan tərəfindən ləğv edildi.
Qeyd edək ki, Vüqar Novruzov 5 ildən artıqdır ki, Naftalana rəhbərlik edir.
Bu illər ərzində Naftalan şəhərinin sosial inkişafı yönündə heç bir addımın atılmadığı bildirilir.
Bildirilir ki, bu saat demək olar ki, naftalanlıların sosial vəziyyəti şəhərdə fəaliyyət göstərən 3-4 sahibkardan asılıdır. Bu barədə narazı sakinlər bir müddət əvvəl yazırdılar:
"Şəhər icra hakimiyyəti demək olar ki, əhalinin sosial rifahı üçün heç bir səmərəli addım atmayıb. İcra Hakimiyyətinin üşü-gücü ancaq mərkəzi küçələri abad saxlamaqdan ibarətdir. Bir də ancaq çoxlu şəkil çəkdirirlər. İcranın saytına baxan olsa elə bilər ki, burada gecə-gündüz quruculuq-tikinti işləri gedir. Day demirlər ki, hər şey görüntü, şəkil çəkib icranın saytında yaymaq üçündür"-deyə, bildirilir.(azfakt.com)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?